Bakının mərkəzindəki kafedə QANLI DAVA

Bakının mərkəzindəki kafedə QANLI DAVA

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xəbərçi.az lent.az-a istinadən məlumat verir ki, Neftçilər küçəsi, 5 ünvanındakı "Şüşəli" kafedə Saatlı rayon sakini,1991-ci il təvəllüdlü Abdullayev Azər Rəhim oğlu onunla birgə fəhlə işləyən İlqar adlı şəxs tərəfindən bıçaqlanıb. Bıçaq A.Abdullayevin qaraciyərini zədələyib. Zərərçəkmiş aldığı xəsarətlə "Caspian Hospital"a çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


loading...